
Mələklər bunu səmavi sevinc adlandırır Şeytanlar isə cəhənnəm əzabı İnsanlar isə buna sevgi deyir. (Henrix Heyn) Bu gün yenə evimdə yarım saatlıq qonaq idin Cismin yanımda idi, özün isə uzaq idin Fikirləşirdim, səni buraxmaram uzaqlara Amma məni anlamırdın, sanki körpə uşaq idin Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək İnan mənə, belə anlarda çox çətin olur Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək Yenə köçmək və rədd olmaq buralardan Hissləri qayıdır dərhal mənə bu anlarda Toxunuşlar, sanki divara yaxılmış palçıq olur Verdiyin qanadlarsa dönüb olur qoluma qandal Kəs bütün bağlarımı! Qanadsız da yaşayaram! Sənsiz ölərəm, bilirəm, amma kim var ki, əbədi? Dərviş kimi həyatımı belimdə daşıyaram Olmasan bu ömürdə yaşamağımın səbəbi Kim tək uçmaq istər? Sən qanadsan, mən göyərçin Soyuq ürəyin, eşq tumurcuq Ürəyində çicəklər göyərmir Kim tək uçmaq istər? Sən qanadsan, mən göyərçin Soyuq ürəyin, eşq tumurcuq Ürəyində çiçəklər göyərmir Əl-ələ tutmağımızı yadına sal (xatırla) Barmaqlar iç-içə, tər su kimi ovuclardan axır Əl-ələ gəzməyimizi yadına sal (xatırla) Sanki bütün dünya çönüb birdən bizə baxır Sən paxıl, amma elə bil ki, burda nəsə səhv bir şey Mənimlə sevgilin yox, düşmən kimi davranırsan Mən paxıl, səni bütün dünyadan üstün tuturam Mənimlə dava edib, üzümə zəngləri bağlayırsan Mən yalançı, mən həqiqi… Bu asılıdır əhvalımdan Şən günlərin sayı — beşin ikiyə nisbətində Gah düzəlir, gah pozulur, baş açılmır əhvalımdan Görəsən daha nələr var, mənim bu qismətimdə? Səbrim sanki ümman, sən içində üzürsən İstəmirəm boğulasan, əvvəl boğulduğun kimi Bezmirəm, yox! Dözmürəm, yox! Bu sətirlər başqa şeydir Qəbul edirəm mən səni, olduğun kimi Kim tək uçmaq istər? Sən qanadsan, mən göyərçin Soyuq ürəyin, eşq tumurcuq Ürəyində çicəklər göyərmir Kim tək uçmaq istər? Sən qanadsan, mən göyərçin Soyuq ürəyin, eşq tumurcuq Ürəyində çicəklər göyərmir Sən qanadsan, mən göyərçin Kim tək uçmaq istər?
Песен-НИКИ
Загрузка...
Другие песни PRoMete
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,449

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891


