
Axırıncı illər ərzində çox dəyişmişəm Özüm də bunu çox yaxşı hiss edirəm Hər dəfə bunu sözlərinizlə üzümə vurmasanız da Çox gözəl hiss edirəm Razıyam, diqqətsiz və kobud olmuşam Tanımadığım adamlarla onlar zəhləmi tökürlər kimi rəftar edirəm Hamı mənə qaraqabaq adam kimi münasibət göstərir Amma mən buna başqa ad vermişəm Səbəbini bilməməzlik və ya axtarış Yadıma gəlmir ki, axırıncı dəfə nə vaxt ürəkdən ağlamışam Və ya ürəkdən gülmüşəm Mənim üçün hər şey maraqsızlaşmağa başlayıb Bir neçə saat bunnan əvvəl sevgilimə yazdığım mesaj Ozon qatının deşilməsindən daha önəmlidir… Ehh… qatar yırğalanmağa davam edir Onsuz da bu qatar getsə də, getməsə də Biz sabah getdiyimiz ünvana çatsaq da, çatmasaq da Sonluq həmişə eynidir Hamı bir gün ölür Həyat bu qədər bəsitdir… Fikirləş ki, bitməz gecələr Fikirləş ki, açılmaz səhər Fikirləş ki, daha qapını döyən olmayacaq Boşalıbdır bu şəhər Fikirləş ki, tək darıxırsan Fikirləş ki, daim qorxursan Fikirləş ki, kimisə axtarırsan Amma heç vaxt tapmayacaqsan Sən çox qaçdın, qapandın içinə Tərk edildin, olmadı vecinə İradənin gücünə arxayındın Amma bilmirdin, düşmək var düyünə Bugünə gətirən özünü özünsən Düzünə qalanda, özünə dözürsən Atdığın addımların yaradıb suallar İndi təklikdə çözürsən Fikirləş ki, geri qayıda bilərsən Fikirləş ki, odu soyuda bilərsən Fikirləş ki, qəbul olundun De görüm, hikkəni uda bilərsən? Fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür Nə qədər düzgündür? Elə də fərqi yoxdur! Əsas odur ki, həyatın bir günlükdür Daha heç vaxt boğulmayacaqsan Günahlarınla, savablarınla Daha səni heç vaxt, heç nə sıxmayacaq Sıfırlanıbdır karman Yalanlar, davalar oxunulur ancaq kitabdan Sətirlər çox xoşa gələn olub Sətiraltılar çıxıbdır cavabdan Səni sevirlər əvəzsiz Sən heç nədən olmursan həvəssiz İstədiyin hər şeyi edə bilirsən Yardım əlsiz, köməksiz Elə bir şey yoxdur ki Sən onu düşünəndə belə qorxasan Utopiya nə qədər xoş olsa da Ayılırsan bir gün yuxudan Sən çox qaçdın, qapandın içinə Tərk edildin, olmadı vecinə İradənin gücünə arxayındın Amma bilmirdin, düşmək var düyünə Bugünə gətirən özünü özünsən Düzünə qalanda, özünə dözürsən Atdığın addımların yaradıb suallar İndi təklikdə çözürsən Utopiya nə qədər xoş olsada oyanırsan bir gün yuxudan Utopiya nə qədər xoş olsada oyanırsan bir gün yuxudan
Песен-НИКИ
Загрузка...
Другие песни PRoMete
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,449

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891

