
Mənə qələm ver, sənə söz verim! Mənə yalan ver, sənə düz verim! Mənə doğru göstər, sənə göz vurum! Sözlər yaxşıdır, amma pis durum Bu uçurum hələ çox uçuracaq ayağı boşları Başı boşluğa, dost, bil, pisliyə milçək yığışır Səhvdir! Pislik kömək edir dostluğa, dost bil Dost sil yaddaşına oturdulmuş hər şeyi! Bu TV, bu xəbər, bu qəzet, bu saytların hamısı Zibil ki, içinə girdin çətin çıxarsan Qloballaşarsan, qlobal baxarsan Qlobal atarlar, qlobal yatarsan Səsini kəs ki, genini kəsməsinlər Axı bu gün oğulsan, sabahsa atasan Lay-lay dedim şirin yuxu tapasan… Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc-bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc-bucaq 21-ci əsr, virtual zombilər, seks hərisləri Telehipnoz, inanılmaz -lar, unudulmaz brendlər Paylanan flayer-lər, müasir bomba taymerlər İnformasiya deşiyidən buraxılmış şayiələr Avropa ölkə ananız Amerika, tək dayələr Nağıl danışmayın Amerikanın demokratiyasından İstəyirsiniz Kennedini dirildib ondan soruşaq hər şeyi? (Hə?!) Bizə mədəni olmağı öyrətməyin, ağıl verməyin! Bizdə şərq qanı var, türk ruhu var, şəriət var! Bizə kömək əlinizi də uzatmayın dar günümüzdə! Bizdə texnika yox, amma qanda cəsarət var! Sizin o Allahsız, özünü üstün tutan düşüncəniz Bizim üçün göydə cənnət, yerdə isə cəhənnəm var Ölkədə nə problem varsa həll edərik, qarışmayın! Bizdə də ölkədə dayaq ola biləcək düşüncəli gənclər var! Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc-bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc-bucaq Arxaik soyqırımlar və neo genosidlər İslam maskası altda gizli terror, parazitlər BMT qətnamələrinə bu gün tüpürən yoxdur Karvan keçir, amma arxasıyca hürən yoxdur Hardadır dünya birliyi, Unicef sosial yardım? Afrika körpələri ölür, Hollywood depressiyada Görəsən bu gün hansı brilliantımı yaxamdan asım? Məhv olur bütün dünya, məhv olur korrupsiyada! Artıq bəsdir kiçik ölkə mövqeyində qaldıq! Gücü biz Havadan, Oddan, Sudan, Torpaqdan aldıq! Kriminal videolardan və seriallardan Nümunə götürmədik, özümüzü üstün saydıq Güc axı birlikdədir, güc axı bir olmaqdadır Niyə bu qonşu olkələrdə var, amma bizdə yoxdur? Bəsdir qırdıq bir birimizi, bəsdir yaxadan dartdıq! Bilirəm var ümid içdə, amma niyəsə hələ ki, üzdə yoxdur! Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc-bucaq Beşiyi yellə, yatır körpələr Kürə fırlanır, hər yer üçbucaq Piramidalar, daha nələr-nələr Simvolika dolu künc-bucaq
Песен-НИКИ
Загрузка...
Другие песни Orxan Zeynallı
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,446

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891


