
Xatirələr oyatdı pəncərə nəyə görə?! Hər şey başladı pəncərədən əvvəlcədən. Adi kəlmədən, daha nədən? Getməkdən, gəlməkdən, məhəllə-məktədən. Bir yerdə (hə) gizlincə gəzməkdən. İlk sevgi-məhəbbət beləcə yarandı. Bu tale-qismət gecədən qaradı. O bilmədi nədən başladı soyuqluq. Gün gəldi, görüşlər kəsildi bir yolluq. Qalsa da sevdiyi uşaqlıq illərində, Yaşadı sevgisi ürəyində, dərində. Bir gün də o qaldı yalqız. Fikrində yalnız o qız, o qız... O qız... Ay məni məndən alıb gedən, Dərdlərimi dərdə salıb gedən. Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə, Həsrəti ürəyimdə qalıb gedən! Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə, Həsrəti ürəyimdə qalıb gedən! Gecə çatdı səhərə, Lay-lay dedim şəhərə, Açılmadı bir kərə, Pəncərən, pəncərən, pəncərən. Var bu məhəbbətin davamı, Pəncərənin o yanı - qız olan yanı. Yağışlar cizgiləridi dünyanın. O qız yenə pəncərədə göründü, Kənardan adicə görüntü, Əslində xəstəlik, üzüntü. Həkimlər deyirdi şəfasız, Oğlan düşünürdü vəfasız. Pəncərədə görüşdü onun baxışları, Pəncərədə öpüşdü onun baxışları, Pəncərəyə düzdü naxışları, Gözündən süzülən yağışları! Çalışdı yarından olsun uzaq, Səbəbi o qıza bəllidir ancaq. Bu sevgi naminə ayrılsaq, Açma pəncərəni. Açmaq, uçmaq... Bir daha gəldim o yerlərə, Tanış küçə, tanış pəncərə. Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq, Bir anlıq qayıdaydıq o illərə... Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq, Bir anlıq qayıdaydıq o illərə... Gecə çatdı səhərə, Lay-lay dedim şəhərə, Açılmadı bir kərə, Pəncərən, pəncərən, pəncərən. Son nöqtəyə yaxınlaşmaq, Olmamaq qorxusunu aşmaq, Əziyyətlə rahatlaşmaq. Zülmdən zülmətə bir anlıq uçuş... Payızın xəzan nəfəsi, Yolu qısaltmaq həvəsi, Ömrün sonuncu qəfəsi. Möhlətdən qisməteə bir anlıq uçuş... Nə acizlik, nə igidlik?! Həm ölülük, hem dirilik... Bir bilirikmi? Bilmirik. Cəhalətdən Cənnətə bir anlıq uçuş... Cəhalətdən Cənnətə, bəlkədən... Əlbəttə, birinci son dəfə, Xəlvətdən xəlvətə, Eyvandan həyətə bir anlıq uçuş... Sürünməkdən qurtuluş. Gecə çatdı səhərə, Lay-lay dedim şəhərə, Açılmadı bir kərə, Pəncərən, pəncərən, pəncərən.
Песен-НИКИ
Загрузка...
Другие песни Orxan Zeynallı
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,446

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891


