
Leyla… Leyla və Məcnun Leyla… Leyla və Məcnun Leyla… Məcnun… Leyla… Məcnun Odlar ölkəsində bir kişi varmış Çoxmuş el içində onun şöhrəti Atadan yadigar — adı Vüqarmış Var imiş adıtək böyük dövləti Bir dərdi var imiş dünyada ancaq Xeyirxahlıq ilə qazanacaq şan Bütün dövlətinə sahib duracaq Qocalıb düşəndə əlindən tutan Bir övlad istərmiş, qeyrətli oğul Görəndə yanında kül olsun paxıl Açdı xəzinənin başını bir gün Qurbanlar kəsdirdi, bişirtdirdi aş Pulu çatmayana elədi düyün Qoydu arvadıyla bir yastığa baş Kasıb ocaqlara bayram olanda Allaha xoş gedibdir bu iş, bu əməl Doqquz ay, doqquz gün tamam olanda Bir oğlan yetirdi mələklər həmən Verdi atasının adını ona Sevənləri uşağa Qeysər dedilər Bir yaşda bənzəri vardı tərlana Qədəmin qoyanda uçurdu Qeysər Leyla… Leyla və Məcnun Leyla… Leyla və Məcnun Leyla… Məcnun… Leyla… Məcnun Yeddi il həftətək ötüb də keçdi Qeysərin üzündən öpüb də keçdi Qeysərin yanında göyçək birisi Əyləşib dinləyir deyilən dərsi Adısa Leyladır o qəşəng qızın Yanağı da dağ laləsi yazın Gizlincə baxışır Qeysərlə Leyla Hərdən pıçıldaşır Qeysərlə Leyla Artır bu istilik keçdikcə zaman Qeysər Leylayla bağlanır yaman Şeirlər yazmağa başlayır Qeysər Ona həsr olunmuş bütün şeirlər Dost-tanış olmaqdan Qeysərə həmdəm Ona Məcnun deyib gətirdilər qəm Leylanın atası eşidib bunu Kəsdirdi Qeysərin bir gün yolunu Dedi ki, «gözlərim gəlibdir qana Bir də yaxın durma mənim Leylama Hələ ki, xoşluqla deyirəm sənə Bir xəbər çatmasın yenə də mənə Özüm bilərəm ki, neyləyərəm Birbaşa atana söyləyərəm Atanı tanıyıram, hörmətli insan Hər yerdə, hər yanda şöhrətli insan Eşitsə nə deyər, onun tək oğlu Onun bu gül oğlu, bu çiçək oğlu Bu yaşda başlayıb eşqbazlığa Baş qoymaq istəyir qızla yastığa Gözləri yaşardı, Məcnun dinmədi Ağzın açıb bir söz deyə bilmədi Ayıldı maşının gur səsinə o Qarışdı məktəbli kütləsinə o Belə görüşməmiş Məcnun yarıyla Onu yola saldı baxışlarıyla Leyla… Leyla və Məcnun Leyla… Leyla və Məcnun Qaranlıq düşübdür gözəl bir axşam Bakıda nə yaman gözəldir axşam Leyla çəkilibdir öz otağına Baxır sevdiyinin yazdıqlarına Leyla, Leyla, Leyla Dünyalarca səni sevirəm Leyla, Leyla, Leyla Nə yazıq yazılmış həyatımıza qəm Leyla, Leyla, Leyla Dünyalarca səni sevirəm Leyla, Leyla, Leyla Nə yazıq yazılmış həyatımıza qəm De bir, yadındadırmı əhd etdiyimiz Bir olacağımıza vəd etdiyimiz Yaddan çıxmadısa, ol mənə həmdəm Bir gənc … bu dərd-qəm Qaçaq və gizlənək lap günü sabah Özü kömək olar bizlərə Allah Əsas atandır ki, soyusa hirsi Heç nədə günahkar bilməsə bizi Daha deyilənə fikir verməsə Daha beyninə pis fikir girməsə Onda rahat-rahat dönərik evə Xoşbəxt yaşayarıq biz, sevə-sevə Xoşbəxt yaşayarıq biz, sevə-sevə Leyla… Leyla və Məcnun Leyla… Leyla və Məcnun
Песен-НИКИ
Загрузка...
Другие песни Anar Nağılbaz
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,449

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891