Günah Sənin Özündədir

Günah Sənin Özündədir

Bu sevdanın yolu uzun
Gözlərimdə dolub arzum
Həsrət kəsib aramızı
Günah sənin özündədir
Mən bir çəmən, sən gəzməsən
Mən bir ümman, sən üzməsən
Mən bir ümid, sən dözməsən
Günah sənin özündə...
Qəlbim kaman kimi ağlar
Fəryad edib məni dağlar
Qovuşmadı bizim yollar
Günah sənin özündədir
Bax...
Hicranından od olmuşam
Yana-yana ad olmuşam
Təkcə sənə yad olmuşam
Günah sənin özündədir
Günah sənin özündədir
Günah sənin özündədir

Песен-НИКИ

Загрузка...

Другие песни Nəsimi Məmmədov

Все песни →

Похожие песни