
Təklikdə çaylaq daşıyam Məni qoymayın təklənəm Əl dəydi, çaxmaq daşıyam Məni qoymayın təklənəm Dağsız duman yalnız ahdı Qara bulud yalqız axdı Çən təkləndi — yalquzaqdı Çəni qoymayın təklənə Xəlbirlənə kaş ömür də Boş il düşə boş ömürdən Xoş an qalar xoş ömürdən Anı qoymayın təklənə Bu gün bir başqa cür aradım səni Ey mənim həqiqi dostum, hardasan? Yoxluğun indidən duyulur sənin Gözlərim yoldadır, dostum, hardasan? Bu gün bir başqa cür aradım səni Ey mənim həqiqi dostum, hardasan? Yoxluğun indidən duyulur sənin Gözlərim yoldadır, dostum, hardasan? Ürəyim doludur, sığmayır köksə Sən mənə gərəksən, dostum, hardasan? Yerini doldurmur başqa bir kimsə Eşit harayımı, dostum, hardasan? Ürəyim doludur, sığmayır köksə Sən mənə gərəksən, dostum, hardasan? Yerini doldurmur başqa bir kimsə Eşit harayımı, dostum, hardasan? Heç kəs yoldaşlıqda sən ola bilməz Anladım mən bunu, dostum, hardasan? Qəlbimə həkk olan sevgi silinməz Sən mənə gərəksən, dostum, hardasan? Heç kəs yoldaşlıqda sən ola bilməz Anladım mən bunu, dostum, hardasan? Yoxluğun bu gündən duyulur sənin Gözlərim yoldadır, dostum, hardasan? Ürəyim doludur, sığmayır köksə Sən mənə gərəksən, dostum, hardasan? Yerini doldurmur başqa bir kimsə Eşit harayımı, dostum, hardasan? Ürəyim doludur, sığmayır köksə Sən mənə gərəksən, dostum, hardasan? Yerini doldurmur başqa bir kimsə Eşit harayımı, dostum, hardasan? Azərbaycanlıyam, damarımda var qanım Ədalətdir, həqiqətdir amalım Gözlərinin qadasını, ay Qarabağ, mən alım Gözlərinin qadasını, ay Qarabağ, mən alım Sən göynəyib ürəyimi dağlama Ağlama, Dağlıq Qarabağım, ağlama Pəncərəni külək döyüb bağlasa Eyvanına quşlar qonub ağlasa Ürəyini nalən yolub ağlasa İçində yan, ağı deyib ağlama Didərginlər ah çəkirlər Allaha Didərginlər ah çəkirlər Allaha Ümidlərini bağlayırlar sabaha Azərbaycan parçalanmaz bir daha Ağlama, Qarabağ, ağlama Bu döyüşdür, əzilən var, əzən var Ölüm hökmü qoltuğunda gəzən var Burda «bizik», nə «mən» vardır, nə «sən» var Yox, ağlama, ana millət, ağlama Qorxuram ki, sına millət, ağlama Xəyanətdən gör nələr çəkdi başım, ay Allah Xəyanətdən gör nələr çəkdi başım, ay Allah Düz on üç ildir dəftər yazır yaddaşım Şuşa, Laçın, Ağdam, Füzuli Sən gəl mənim ürəyimi dağlama Ağlama, Qarabağ, ağlama Ağlama, Qarabağ, ağlama Hayqır, könül, bundan betər çağ hanı? İnsan yanır, torpaq yanır, dağ yanır Manaf, indi ağlamağa vaxt hanı? Qardaş deyib, yurddaş deyib, ağlama Ağlamağın yeri deyil, ağlama Qorxuda bilməz namərd bizi ölümlə Ana yurdum, sil gözünün yaşını, ağlama Sən kövrəlib ürəyini dağlama Ağlama, Füzulim, ağlama Dağlıq Qarabağım, ağlama Əziziyəm, dolan gəz Dolan bağı, dolan gəz Əziziyəm, dolan gəz Dolan bağı, dolan gəz Qürbətdə xan olunca Gedib öz vətənində dilən gəz
Песен-НИКИ
Загрузка...
Другие песни Manaf Agayev
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,446

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891



