
Neçə ildir hər səhər yuxudan oyananda Beynimdə sancıya bənzər suallar dolaşır Cavabları tapmaq üçün çalışmaq mənasızdır Bu sualların cavabı bəlkə də yoxdur Məni mənə göstərəndə birinci dəfə güzgü Çox qorxmuşdum «Bu mənmiyəm?» — anlamamışdım «Qəribədir. Niyə bu belədir?» — sormuşdum Yormuşdum, bəlkə buna görə bezib «Unudulacaq bu!» — demişdilər mənə Amma illər keçir, mənsə güzgüdə hər dəfə Başqa bir mən görməyə öyrəşirdim Unutmaq əvəzinə… hmmm… İçimdə hisslər isinirdi Mənliyimi deyilən kimi soyutmaq əvəzinə Və bir gün satış öyrəndim və bir gün alış öyrəndim Dedim özüm-özümə - alış! Öyrəndim! Mən əvəzinə mən almaq öyrəndim Mən əvəzinə mən satmaq öyrəndim Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda Özümü tək qoyub, qaçmaq öyrəndim Və bir gün sən gəldin, qanad oldun Mən uçmaq öyrəndim Sən mənə çox öyrətdin Mən səndən çox öyrəndim Sətirlərin üzərində diyircəklə Rəqs eləmək nə gözəlmiş?! İşə bax bir, güzgüdə özümü tanıdım, üzüm də gözəlmiş Uçarkən yerə baxdım, gördüm «Göydən yer üstü nə gözəlmiş!?» Deyəcəkdim Gözləmədən və birdən sən getdin… Qanadlarsız qaldım Diyirləndim… diyirləndim… Şüuraltından şüur üstünə gələn qonağımsan Səni dərk etmək, görmək qədər mümkünsüz Məni anlaya bilsən, yalnız sən anlarsan Bəlkə, zamanı da danacaq beynim Bəlkə də, bədəni də buraxacaq Bu ruhum səni görə bilmək üçün nələr etməzdi?! Amma nəfsim əksimə işləyən iti xəncər Kəs-doğra, ruh parçalarımı gəl, bir yerə topla Doğram-doğram… könül istər yenidən doğulam Ana bətnindən çıxan anda sevinc yox Qəm bəxş edə hər kəsə ölü cismim Bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir-bir Üsyan bu ruhda hakim. Məni bağışla! Bunu tək sən bacarırsan, çünki Sənə yalvarmaqdan başqa, səni tərifdən başqa Nə dəyərim var ki, sanki?! Bunu mənə oyrədən də sənsən Ala da bilərsən əgər istərsən Mənə əvvəl özünü dərk et buyurmusan Amma məni düşündürən bir neçə sual var Səndən niyə qorxuram? Sənə niyə qayıdacam? Məni niyə yaratmısan? Mən kiməm? Bəs sən kimsən?
Песен-НИКИ
Загрузка...
Другие песни DJ Shock
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,449

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891