
Bilirsən, bəzən özümdən belə bezirəm Anlamadığın hər cümlə - mənim şeiriyyatım Amma başa düşməyinçün bilirəm tezdir hələ Nə olar bir saatlıq çıx ağlımdan, bir az yatım Yağış gözəldir, amma ki, sənlə birgə islananda Hər cümləyə aşiqəm mən, amma ki, sənlə başlayanda Şairin şeiri əbədi, dərya yanda, daş bir yanda Mən hər dəqiqə darıxıram, sən də darıx boş dayanma Ulduzlar səpilib səmaya günahlarım kimi Hər gecənin bir gündüzü var, məndə yoxdur hələ ki İcazə ver çıxım gedim, yolumdan çəkil İncimə - qayıdacağıma söz verə bilmirəm ki Yazdığın hər cümlə ağrı verir sabahlarda Yoxluğunda əvəzsizsən, yerini vermir sabahlar da Bir gün məni düşünüb oyan, yuxularına et qonaq da Yaxın vaxtda rədd olacam, bunu da saxla bir qıraqda Ürəyim ümid gülüdür ləçəklərdə dözüm solur O qədər üzünə gülmüşəm ki, elə bilirsən gözüm dolmur Məhəbbət elçisi gəlirdi, dəli şeytan kəsdi yolun Xeyrə saydığın gecənin şərindən adın əskik olmur Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yazdım səndən, yazacam daha nələr İçəndə gözümdə daşır piyalələr Bizi bizdən aldı bəhanələr Dönür Lalələr, ölür Lalələr Yolumuz çətinləşir yarım daşdır yarım cığır Sevgini tapdığın kəsin boş otaqda adın çığır Elə bir ürəyim var - bir şairin eşqi sığır Bir də heç vaxt doldura bilməz özgəsi yarımçığın Eşqin çəkir məni bataqlığına getdikcə Gecələr daha yaxın idin şəkillərini sevdikcə Toxunuşlar toza dönürdü ovuclarda itdikcə Sən payızda daha gözəlsən üstümə külək əsdikcə Biz tələsdikcə, ölüm üzümüzə ani gəlir Əcəlimdən öncə gəl, qoy xoş olsun aqibətim Adəmi Həvva kimiyik, bu eşqə saf niyyətim Təki sən Şirinim ol və denən ki, Fərhadı gətir Əvvəllər biz bir idik, gərək sevgi əbədi qala Yaxşı-pis günüm keçir xəstəliklə sağlığımla 19 ildir varam, 19 ildir sağam 19 illik varlığımla içirəm sağlığına Günahın çoxdur, yaman incitmisən Mən keçərəm eybi yoxdur, gərək Allah bağışlasın Deyirlər aşiq özünə əzab eləyər, amma mən Adını qoluma cızmadım ki, qan çirkinə bulaşmasın Gözlərin gülsün, gözəl üzündən təbəssüm axsın Mən heç vaxt istəmərəm, özgəsi səni ələ alsın Başqasını da axtarma ki, səni evə kimi yola salsın Mənə elə bir şair denən - hər sətrini sənə yazsın
Песен-НИКИ
Загрузка...
Другие песни BADCLAUSE
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,446

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891




