
Barmenin qarşısında iki bakal, ikisi də yarımçıq süzülüb Birində şərab, digərində mənim həyatım Düzülüb gözlərimdə səhv atdığım hər addım, sayını unutdum Qolumda saat işləmir Mən artıq zamanı buraxdım talehin hökmünə Mən artıq ölmüşəm ya sabah öləcəm, fərqi nə? Dilim də quruyub artıq, səbəbi sənlə olan son öpüş Geriyə atdıq, bilirdim qəmli olacaq son dönüş Həyat təkrarlanır, elə bil dejavu Şəhərin mərkəzi passaj, mənə tanışdı bu Əl-ələ qaçırdıq biz, elə bil tələsirik İndi isə bu vəziyyətdə sadəcə əsirik Sənin indi öz ailən var, mənimsə kiçik daxmam İndi mən pis vəziyyətdəyəm, gözünü çək, bir də baxma! Görmə məni bu çirkin içində Görəsən tanıyarsan mı məni kütlənin içində? Düz seçim etdin, yaxşı birini tapdın Bizimsə sevgimizi sadəcə bir səhv bilib həyatın beşiyinə atdın Birgə şəkillərimizi isə Yəqin ki, çoxdan zibil yeşiyinə atdın… Uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım? O səni aparır restoranlara, o səni gəzdirir O hər şirin sözüylə güldürür, özünə sevdirir O ədəbli, yerini bilən, tərbiyəli O sənə şeir yazır, bəzən romantik, bəzənsə qəmli O sənə hədiyyələr verir, məndən fərqli olaraq O sənin pis, yaxşı günlərində tək buraxmır Həyata tam hazırdır, məndən fərqli olaraq O bacarır düzgün dayaq olmağı, səhv buraxmır O əsl şahzadə sənin xəyallarındakı O həyatdan hədiyyə sənin röyalarındakı O səni qorumağa hazır hər bir çətinlikdən O səni isidir istiliklə qollarındakı Diqqətlidir sənə qarşı, həm də çox O çoxlu pul qazanır, amma gözlərisə daim tox Cəmiyyətdə hörmətlidir, atan, anan da çox sevir onu Səliqəli görünüş, daim uğur izləyir onu O mənim düşmənimdir, bəlkə də yaxşı olduğu üçün Səni mən atdıqdan sonra o səni tapdığı üçün Mən heç bilməzdim ki, məndən də yaxşıları var Mən heç bilməzdim ki, ciddi sevən insanlar var Bir vaxt əyləncə idin mənimçün, vaxt keçirirdim Özümdən çox razıydım, çox qız sınaqdan keçirirdim Amma mən bilməzdim ki, nə vaxtsa belə olacaq Məndən daha yaxşısı səni məndən alacaq Uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım? Uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib Hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?
Песен-НИКИ
Загрузка...
Другие песни Ayka
Все песни →Похожие песни

Бигасс
SODA LUV
Ничего личного
Русский рэп201975,449

Бандана
Платина
РНБ КЛУБ
Русский рэп201859,980

Свадебное путешествие
Александр Буйнов
Острова любви
Русская эстрада199954,906

Каспий жағалауы
Azamat
Поп200134,438

Шпилька-каблучок
Лолита
Анатомия
Русская эстрада201433,308

Девочка 2D
Dead Rave
Singles 15-17
Русский рэп201828,891
